Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda taxıl biçininə başlanılmışdır.

25 iyun 2023 | 11:36

Artıq bir neçə gündür ki, Yardımlıda taxıl biçini kampaniyasına start verilmişdir. İlkin mərhələdə biçinin nisbətən dağətəyi ərazilərdə arpa sahələrində aparılacağı nəzərdə tutulur. Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2023-cü ilin məhsulu üçün rayonda ümumilikdə 4284 hektar sahədə taxıl əkini aparılıb. Bunun 4016 hektarı buğda, 258 hektarı arpa, 10 hektarı isə vələmir sahəsidir. Son operativ məlumatlara görə indiyədək rayonda 120 hektar buğda, 40 hektar arpa sahəsində olmaqla cəmi 160 hektar ərazidə biçin işləri aparılıb. Məhsulun yığılması, daşınması və saxlanması dövründə yanğın hadisələrinin baş verməməsi üçün təsərrüfatlarda lazımi təhlükəsizlik tədbirləri görülüb, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Keçidlər