Yardımlıda taxıl əkini üçün 3500 hektardan çox sahədə şum işi aparılacaq
Yardımlıda taxıl əkini üçün 3500 hektardan çox sahədə şum işinin aparılması nəzərdə tutulub.
Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayev AZƏRTAC-a bildirib ki, yay şumunun vaxtında və keyfiyyətli vurulması ziyanvericilərin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
Yardımlıda sentyabrın 1-nə olan məlumata görə, payızlıq taxıl əkini məqsədi ilə 964 hektar sahədə şum işləri aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 654 hektar çoxdur. Aparılmış şumun 919 hektarı ailə kəndli və ev təsərrüfatlarının, 45 hektarı isə kənd təsərrüfatı təyinatlı müəssisələrin payına düşür. 2023-cü ilin taxıl məhsulu üçün 3500 hektardan çox sahədə şum vurulması nəzərdə tutulub. Hazırda rayonda əkin sahələrinin şumlanması işi mütəşəkkil şəkildə davam etdirilir.