Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda görüş keçirilmişdir.

15 fevral 2024 | 09:52
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 2 iyun tarixli 2073 nömrəli sərəncamına uyğun olaraq “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası ilə əlaqədar “Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi” mövzusunda Yardımlı Rayon İcra Hakimiyyətində görüş keçirilmişdir.
Görüşdə RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, RİH başçısı aparatının şöbə müdirləri və məsul əməkdaşları, Rayon təhsil sektorunun müdiri Kamal Təhməzov və ümumtəhsil məktəblərinin rəhbərləri iştirak etmişlər.
RİH başçısının müavini - ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək bildirmişdir ki,  Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət uşaq siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, Yardımlı rayonunda uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi məqsədilə mütəmadi görüşlər həyata keçirilir. Təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsinin, rayonun ümumtəhsil məktəblərində təhsildən yayınan şagirdlərin dərsə davamiyyətinin təmin olunmasının, onların təhsil keyfiyyətinin səmərəliliyinin artırılmasının, bu istiqamətdə ümumtəhsil məktəblərinin əməli fəaliyyətinin gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
Tədbirdə çıxış edən digər natiqlər tərəfindən şagirdlərin dərsdən yayınma səbəbləri müzakirə olunmuş, problemlərin həlli və şagirdlərin təhsilə cəlb edilməsi istiqamətində əməli tədbirlərin həyata keçirilməsi məqsədilə təkliflər irəli sürülmüşdür.
Keçidlər