Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, habelə faktlar əsasında uşaq nikahlarının aşkarlanması” mövzusunda maarifləndirici təlim keçirilib.

21 dekabr 2022 | 10:49

21.12.2022-ci il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Tibb müəssisələrindən kənarda baş verən doğuş faktlarına nəzarətin gücləndirilməsi, habelə faktlar əsasında uşaq nikahlarının aşkarlanması” mövzusunda  maarifləndirici təlim keçirilib. Təlimdə Yardımlı RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Kliniki Tibbi Mərkəz publik hüquqi şəxs Qadın məsləhətxanasının müdiri Leyla Məmmədova, təhsil, mədəniyyət işçiləri və din xadimləri iştirak edib. Təlim başa çatdıqdan sonra  tibb işçiləri və yerli əhali arasında  görüş və sorğu keçirilib. Görüşdə tibb müəssisələrindən kənarda baş verən doğuş halları ilə mübarizə tədbirlərinin, erkən nikah hallarının azaldılması mövzusu geniş müzakirə olunub. Sonda iştirakçılara  sorğu vərəqləri paylanılıb.

Keçidlər