Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda dəyirmi masa keçirilib.

27 aprel 2023 | 16:33

Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı Rayon Heydər Əliyev Mərkəzinin birgə  təşkilatçılığı ilə keçirilən tədbirdə RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, idarə, müəssisə və təşkilatların rəhbərləri, iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra RİH Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, çıxış edərək bildirmişdir ki,  Ulu Öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Ə.Məmmədova Ulu Öndərin anadan olmasının 100 illiyinə həsr olunmuş hər bir tədbirin dünya şöhrətli siyasətçi və dövlət xadiminin siyasi fəaliyyətinə bir daha nəzər salınması, onun ideyalarının təbliği və gənc nəsilə ötürülməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışıb. 

Masallı Regional Mədəniyyət Mərkəzinin nümayəndəsi Ayaz Əliyev, Yardımlı rayon Təhsil sektorunun müdiri Kamal Təhməzov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Zeynəb Məmmədzadə Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, zəngin dövlətçilik təcrübəsi, böyük istedadı ilə fərqlənən Ulu Öndər Heydər Əliyev hələ sağlığında canlı əfsanəyə çevrilmiş və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildiriblər. Çıxışçılar işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən sistemli və məqsədyönlü fəaliyyətin əsasının qoyulduğunu xüsusi qeyd edərək bu missiyanın Ümummilli Liderin parlaq ideyalarının davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfəri ilə başa çatması barədə geniş danışıblar.

Keçidlər