Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edildi.

10 may 2023 | 18:38

Yardımlıda Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert proqramı təşkil edilib. Mədəniyyət və istirahət parkında Yardımlı Musiqi Məktəbinin müəllimlərindən ibarət ansamblın müşaiyyəti ilə muğam ifaçısı Səbinə Ərəbli, Malik Həsənov, Masallı rayon Mədəniyyət Mərkəzinin solisti Şamo İbayev, Atamoğlan Zahidov, Ruslan Zahidov, Güldərən Babayev və Yardımlı rayon Mədəniyyət Mərkəzinin solisti Sevinc Məmmədova, Canağa Hadiyev Ulu Öndər Heydər Əliyevə, Vətənə, Azərbaycana  həsr olunmuş mahnılarla çıxış edərək iştirakçılara xoş bayram ovqatı bəxş ediblər. Tədbir  iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.  

Keçidlər