Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir" mövzusunda tədbir keçirilib.

04 may 2023 | 15:35

Yardımlı rayon İcra Hakimiyyətinin, Yardımlı rayon Təhsil Sektorunun və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Ulu Öndər Heydər Əliyevin irsi milli sərvətimizdir ” mövzusunda Yardımlı şəhər 4 saylı tam orta məktəbində tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq, vətənpərvərlik ideyalarına əsaslanan həyatından və Ulu Öndər Heydər Əliyevin irsinin gələcək nəsillər üçün zəngin xəzinə olduğundan geniş bəhs edərək gənclərin  inkişafında Heydər Əliyev kimi dahi şəxsiyyətin irsinin öyrənilməsi və təbliğ edilməsi vacibliyini xüsusi qeyd edib.

Təhsil Sektorunun müdiri Kamal Təhməzov və Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev çıxış edərək qeyd ediblər ki, bu gün ölkəmizdə və onun hüdudlarından kənarda uğurla həyata keçirilən layihələr, görülən nəhəng işlər Heydər Əliyev ideyalarını, onun azərbaycançılıq fəlsəfəsini, dövlətçilik irsini yaşatmaqdadır. Müstəqil Azərbaycan var olduqca, onun qurucusu Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi də əbədi yaşayacaq.

Keçidlər