Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda ümumi daxili məhsul istehsalı

08 may 2025 | 08:32

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən 2025-ci ilin yanvar-mart aylarında rayonda 20259,4 min manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
ÜDM istehsalının 9,9 faizi sənaye, 28,4 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 1,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 11,5 faizi tikinti, 48,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 0,3 faizi informasiya və rabitə sahələrinin payına düşmüşdür. ÜDM istehsalının 23,1 faizi dövlət, 76,9 faizi isə qeyri-dövlət sektoruna aid olmuşdur.

Keçidlər