Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb

12 dekabr 2023 | 14:02

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anım günü Yardımlı rayonunda dərin hörmət və ehtiramla anılıb.

Dekabrın 12-də Anım günü münasibətilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov,  idarə, müəssisə və təşkilat rəhbərləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edərək Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri düzərək xatirəsini dərin ehtiramla yad ediblər.

Keçidlər