Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Uşaqların zərərli informasiyalardan qorunması, çətin həyat şəraitinə düşmə riski olan şəxslərin problemlərinin öyrənilməsi və aradan qaldırılması ” mövzusunda maarifləndirici tədbir keçirilib.

28 fevral 2024 | 13:44

V.H.Məmmədov adına şəhər 2 nömrəli tam orta məktəbində Yardımlı RİH-nin, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayon Sektorunun və Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Uşaqların zərərli informasiyalardan qorunması, çətin həyat şəraitinə düşmə riski olan şəxslərin problemlərinin öyrənilməsi və aradan qaldırılması ” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayon sektorunun müdiri Şəhriyar Şabiyev, Rayon Polis Şöbəsinin YYÇ-la profilaktiki işinin təşkili qrupunun inspektoru polis kapitanı Tural Quliyev,  məktəbin direktoru Tahir Rüstəmov, Valideyn komitəsinin sədri Rəşid Kərimov və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbirdə  RİH başçısının müavini - ictimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova və digər nümayəndələr çıxış edərək bildiriblər ki, maarifləndirmə müasir təhsildə çox vacib rol oynayır. Uşaqların zərərli informasiyadan qorunması ilə bağlı münasibətlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" 30 oktyabr 2018-ci il tarixli Qanunla tənzimlənir. Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvədədir. Zərərli informasiya uşaqlar üçün nəzərdə tutulmayan və uşağın fiziki və ya psixi sağlamlığına mənfi təsir göstərən, o cümlədən təhrif olunmuş sosial təsəvvürlərin formalaşdırılması vasitəsilə onların mənəvi, psixi, fiziki və ya sosial inkişafında pozuntu yaranmasına səbəb olan məlumatlardır. Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsiplərinə uşaqların mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, onların həyat və sağlamlığı üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə şəraitin yaradılması, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə davranışın, pornoqrafik xarakterli informasiyanın təbliğinin yolverilməzliyi, zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi aiddir. 

Keçidlər