Yardımlıda Vətən müharibəsi şəhidinin təltif olunduğu orden ailəsinə təqdim edilib
Xalqımızın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində göstərdiyi igidlik və şücaətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Elşən Nazim oğlu Sultanlıya verilən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni şəhidin ailəsinə təqdim olunub.
RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı Rayon Şöbəsinin, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatların əməkdaşları, şəhid ailələri və qazilər Şəhid Elşən Sultanlının ailəsini ziyarət edib, ailə üzvlərinin problemləri ilə maraqlanıblar. Görüşdə Vətən müharibəsində qazanılan Qələbədən söz açılıb, şəhidlərin əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağı, heç zaman yaddaşlardan silinməyəcəyi xüsusi vurğulanıb.
Şəhidin atası Nazim Sultanov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.