Yardımlıda "Xocalı soyqırımı əsrin faciəsidir" adlı tədbir keçirilib.
23 fevral 2024 | 14:13
Yardımlı Rayon İcra Hakimiyyətinin və Yardımlı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci il dönümü ilə əlaqədar "Xocalı soyqırımı əsrin faciəsidir" adlı tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin Yardımlı rayon üzrə nümayəndəsi Ayaz Əliyev, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər.
Əvvəlcə faciə qurbanlarının və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edən qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Mərkəzin əməkdaşı Zeynəb Məmişzadə əsrlər keçsə belə xalqımızın qan yaddaşına çevrilən bu faciənin unudulmayacağını bildirib, bu dəhşətli hadisə haqqında olan faktları dilə gətirib.
RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova və Lənkəran-Astara Regional Mədəniyyət Mərkəzinin Yardımlı rayon nümayəndəsi Ayaz Əliyev çıxış edərək Xocalı soyqrımı haqqında geniş məlumat veriblər.
Digər natiqlər çıxış edərək faciənin baş vermə şəraitindən, səbəblərindən, faciə qurbanları haqqında olan statistik məlumatlardan, o cümlədən qan yaddaşımıza çevrilən bu faciənin unudulmayacağından bəhs ediblər.
Yekun olaraq "Bir millətin kədəri" filmi nümayiş olunub.