Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda "Xocalı soyqırımını unutmayaq" adlı tədbir keçirilib.

17 fevral 2022 | 16:00

Fevralın 17-də Yardımlı Dövlət Rəsm Qalereyasında Xocalı soyqırımının otuzuncu ildönümü ilə əlaqədar "Xocalı soyqırımını unutmayaq" adlı tədbir keçirilib. Tədbirdə Qalereyanın kollektivi və Yardımlı şəhər 1 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak edib.
Öncə, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Qalereyanın direktoru vəzifəsini icra edən Sirac Sultanov faciə barədə çıxış edib. Daha sonra şəhər 1 saylı tam orta məktəbinin  müəllimi Ramin Qasımov çıxışında ermənilərin ölkəmizə qarşı qondarma ərazi iddiaları, faciənin səbəbləri, dövrün ictimai-siyasi vəziyyəti və xalqımızın düşmənlə apardığı haqq mübarizəsi barədə ətraflı məlumatlar verib.
Tədbirin sonunda rəssam Bəhmən Nuriyevin Xocalı soyqırımına həsr olunmuş rəsm işlərinə baxış keçirilib və xatirə fotoları çəkilib.

Keçidlər