Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunan tədbir keçirildi.

26 fevral 2023 | 08:23

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının, idarə-müəssisə təşkilatların rəhbərləri, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, şəhid ailələri və qazilər  Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər çiçəklər düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.

İlk öncə Xocalı faciəsi qurbanlarının  və Azərbaycanın müstəqilliyi, bötövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Azərbaycan xalqına qarşı ermənilərin törətdikləri kütləvi cinayətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlıqla seçildiyini  diqqətə çatdırıb. RİH başçısı hadisələrin beynəlxalq müstəvidə lazımınca qiymətləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımlar, Vətən müharibəsində qazanılan tarixi qələbə ilə alınan qisasdan, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında dövlət səviyyəsində müharibə əlilləri, şəhid ailələri və qazilərimizə göstərilən diqqət və qayğıdan danışıb.

Keçidlər