Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.

18 oktyabr 2024 | 14:53

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Yardımlı rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər davam edir.

18 oktyabr 2024-cü il tarixində Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Masallı-Yardımlı magistral avtomobil yolunun kənarında ağacəkmə aksiyası keçirilib.

Aksiyada Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat, inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələr və  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.  

“Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10000 ədəd ağacın əkilməsi, həmçinin yaşıllıqlara qulluq və abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər