Yardımlıda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar Yardımlı rayonunda il ərzində həyata keçiriləcək Tədbirlər Planına uyğun olaraq “Təmiz ekoloji mühit ” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yardımlı RİH-nin əməkdaşları, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi, idarə, müəssisə və təşkilat əməkdaşları iştirak ediblər.
Yardımlı RİH başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Rauf Abasov çıxış edərək dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar.