Yardımlıda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı ağacəkmə aksiyası keçirilib
Yardımlı rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirildi.
Ağacəkmə aksiyasında RİH başçısı Ayaz Əsgərov, YAP Yardımlı Rayon Təşkilatının sədri Anar Alışov, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, idarə müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya iştirakçıları tərəfindən ağac əkilən ərazidə əvvəlcədən təmizlik işləri aparılıb və əkin üçün hazır vəziyyətə gətirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı təşkil edilən bu aksiya zamanı 130 ədəd Eldar şamı əkilib.
Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.