Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda yazlıq bitkilərin əkini davam edir.

05 aprel 2023 | 15:37

Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən aprel ayının əvvəlinə rayon üzrə 825 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 36 hektar çoxdur.

Yazlıq əkin sahəsinin  226 hektarı dənli və dənli paxlalı bitkilər, 483 hektarı kartof, 116 hektarı isə müxtəlif növ tərəvəz bitkiləridir. Yazlıq bitkiləri üzrə əkinin əsasını kartof sahəsi təşkil edir. Rayonun Yolocaq, Vərov və Horavar kənd iəd üzrə nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak edirlər.

Hazırda  yazlıq bitkiləri üzrə əkin işləri davam edir.

Keçidlər