Yardımlıda yazlıq əkin.
Rayonda 2026-cı ilin məhsulu üçün yazlıq bitkilərin əkin kampaniyası davam edir. Yardımlı Rayon Statistika İdarəsinin rəisi Aydın Ağayevin verdiyi məlumata əsasən may ayının əvvəlinə rayon üzrə 1481,1 hektar sahədə müxtəlif növ yazlıq bitkilər əkilib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,7 faiz çoxdur. Yazlıq əkin sahəsinin 874,1 hektarını dənli və dənli paxlalı bitkilər, 494,0 hektarını kartof, 113,0 hektarını isə müxtəlif növ tərəvəz bitkilərinin əkini təşkil edir. Yazlıq əkinlərin əsasını 639,7 hektar olmaqla vələmir sahəsi təşkil edir. Rayonun Ərsilə, Şiləvəngə və Vərov ərazi nümayəndəliklərinin əhali təsərrüfatları əkin kampaniyasında daha fəal iştirak edirlər. Hazırda yazlıq bitkilər üzrə əkin işləri davam edir.








