Yardımlıda "Zəfər günü" ilə bağlı ağacəkmə aksiyasi keçirilib.
08 noyabr 2021 | 16:00
Noyabrın 8-də rayonda "Zəfər günü" ilə bağlı ağacəkmə aksiyasi keçirilib. Aksiyaya qoşulan rayon ictimaiyyəti ümumilikdə 400 ədəd ağac əkib. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyası Masallı-Yardımlı yolunun 46-cı kilometirliyində reallaşdırılıb və əsasən akasiya, ağcaqayın və göyrüş ağacları əkilib.