Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirilib.

03 noyabr 2022 | 12:36

Yardımlı Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin  birgə  təşkilatçılığı ilə Yardımlı şəhər 4 saylı tam orta məktəbində “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.

Tədbir iştirakçıları ilk  öncə foyedə “Zəfər” gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra Çay Üzü kənd tam orta məktəbinin şagirdlərinin "Şəhidlərin xatirəsinə" həsr edilmiş kompozisiyası dinlənilib.

RİH başçısının müavini Əfsanə Məmmədova çıxış edərək, Zəfər tariximizin yazılmasında böyük rolu olan dövlət-xalq-ordu birliyindən söhbət açıb. Əfsanə Məmmədova bildirib ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hakimiyyətə gəldiyi ilk gündən  Azərbaycanın müasir inkişaf strategiyasının uğurla reallaşdırılması, milli həmrəyliyə yönəlmiş ardıcıl, məqsədyönlü siyasət milli maraqlarımızın və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə istiqamətlənmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinın Yardımlı rayon bölməsinin  zabiti Şahin Qurbanov çıxışında Azərbaycan xalqının torpaqlarının işğalı ilə heç vaxt barışmadığını, öz ordusunun nələrə qadir olduğunu 44 günlük Vətən müharibəsində sübut etdiyin bildirib, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfərin tarixi əhəmiyyətindən, erməni vandallığına son qoyulmasından, əsgər və zabitlərimizin döyüşlərdə göstərdiyi igidliklərdən danışıb.

Şəhid atası Azad Zayirov, RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rövşən Süleymanov ,Yardımlı rayon Təhsil sektorunun müdiri Kamal Təhməzov, Yardımlı rayon Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Cəsur Cəfərov, Vətən müharibəsi iştirakçısı Rəşid Kərimov, II qarabağ qazisi Asif Məmişzadə  və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində erməni işğalçılarının tarixi torpaqlarımızdan çıxarılmasının əhəmiyyətindən danışıblar.

Tədbirin sonunda "Şəhidlərin əziz xatirəsinə" həsr edilmiş video çarx nümayiş olundu.

Keçidlər