Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda"Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.

09 iyun 2023 | 17:18

Yardımlıda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Uşaqlar bizim gələcəyimizdir" adlı uşaq yaradıcılıq festivalı keçirilib.

Yardımlı Rayon İcra Hakimiyyətinin, YAP Yardımlı  rayon təşkilatının, Rayon Mədəniyyət Mərkəzinin, Heydər Əliyev Mərkəzinin, Təhsil Sektorunun, Gənclər və İdman İdarəsinin, GKİM-nin, ATİAHİ-nın Yardımlı rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən festivalda rayon ümumtəhsil məktəblərinin şagirdləri və məktəbəqədər müəssisələrdə tərbiyə alan uşaqlar iştirak ediblər.    

RİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova çıxış edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət uşaq siyasətinin əsas tərkib hissəsini təşkil edən istedadlı uşaqların üzə çıxarılması, onların istedadlarının, bilik və bacarıqlarının daha da inkişaf etdirilməsi üçün xüsusi şəraitin yaradılması və həmin uşaqların həvəsləndirilməsi, onlara dövlət qayğısının daim artırılması istiqamətində respublikamızda böyük işlər həyata keçirilmişdir.

Ə.Məmmədova qeyd edib ki, bu gün də respublikamızda ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısı və diqqəti sayəsində xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi istiqamətində əməli işlər görülür, yeni layihələr həyata keçirilir.

Xüsusi olaraq vurğulanıb ki, yaradıcılıq festivalının əsas məqsədi istedadlı uşaqların inkişafının təmin edilməsi, bu sahədə onların bilik və bacarıqlarının genişləndirilməsi, yaradıcılığın bütün sahələri və müasir istiqamətləri üzrə istedadlı uşaq və gənclərin üzə çıxarılması, onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

Festivalda idman oyunları və rəsm əsərləri nümayiş olunub, həmçinin xüsusi yaradıcılıq qabiliyyətləri olan uşaqlar musiqi, şeir və mahnı nümunələri ifa ediblər.

Sonda festivalda fəal iştirak edən uşaqlara Fəxri fərman və hədiyələr təqdim olunub.

Keçidlər