“Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası, eləcə də "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Yardımlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin müvafiq müddəalarının icrası, eləcə də "mygov" rəqəmsal hökumət platformasının üstünlükləri və təşviqinə həsr olunmuş maarifləndirici tədbir keçirilib
Tədbirdə RİH Başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli, RİH aparatının məsul əməkdaşları, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RİH Başçısının müavini – Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Miramil Səmədli ölkəmizdə rəqəmsallaşma sahəsində aparılan islahatların vacibliyindən söz açıb. O, ilk olaraq “Yerli icra hakimiyyəti orqanlarının rəqəmsallaşma üzrə Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti barədə məlumat verib. Natiq çıxışında qarşıya qoyulan vəzifələrin vaxtında və keyfiyyətlə icra edilməsinin, Yol Xəritəsindəki tədbirlərin müəyyən olunmuş müddətlərdə həyata keçirilməsinin və görülən işlərin mütəmadi təhlilinin vacibliyini vurğulayıb. Bildirilib ki, eyni zamanda, "mygov" tətbiqi vətəndaşların vaxtına qənaət etməklə yanaşı, dövlət xidmətlərini daha əlçatan, rahat və şəffaf formaya gətirir. Sonda yerlərdə əhalinin bu tətbiqdən istifadə vərdişlərinin artırılmasında İƏD nümayəndələri və bələdiyyələrin üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub.
Tədbir zamanı "mygov" tətbiqinin təqdim etdiyi yeniliklər və imkanlar barədə ətraflı məlumat verilib:
🔹 Rəqəmsal sənədlər və arayışlar: Şəxsiyyət vəsiqəsi, nikah, iş yeri və məhkumluq haqqında arayışların dərhal əldə edilməsi;
🔹 Tibb və səhiyyə: Elektron xəstəlik vərəqələri, laborator analiz nəticələri, peyvənd məlumatları və tibbi arayışların tətbiq vasitəsilə izlənilməsi;
🔹 Nəqliyyat və əmlak: Sürücülük vəsiqəsi, cərimələr, etibarnamələr və daşınmaz əmlak məlumatlarının vahid məkanda toplanması;
🔹 Sosial güzəştlər: Pensiyaçılar üçün xüsusi endirimlər və "Sosial tərəfdaş kartı" imkanları.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və platformanın yerlərdə sakinləmizə daha yaxından izah olunması üçün müvafiq tövsiyələr verilib.
📱 Siz də "mygov" tətbiqini mobil cihazınıza yükləyin, xidmətlər və sənədlər həmişə əlinizin altında olsun!








