Şriftin ölçüsü :

Saytın rəngi :

Zevin kəndində səyyar görüş keçirildi.

01 mart 2023 | 14:20

RİH başçısı Ayaz Əsgərov növbəti səyyar qəbulunu Zevin kənd sakinləri ilə keçirmişdir. Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan səyyar qəbulda RİH başçısı Ayaz Əsgərov çıxış edərək rayon ərazisində hər həftə səyyar-qəbulların keçirildiyini bildirib və qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə bağlı olduğunu qeyd edib, eyni zamanda sakinlərin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib. 

Səyyar qəbulda sakinlərin arzu və təklifləri dinlənilib. Həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

RİH başçısı Ayaz Əsgərov həmçinin Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az  platformasından istifadə etmələrini tövsiyə edib.

Görüş sakinlər tərəfindən razılıqla qarşılanıb. Əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndirən sakinlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər