Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən 2021-2022-ci illər ərzində görülmüş işlər üzrə hesabat
Görülmüş işlər üzrə hesabat
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən 2021-2022-ci illər ərzində görülmüş işlər üzrə hesabat
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən 2021-2022-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.
Şəffaflığın artırılması və açıq hökümətin təşviqi sahəsində müəyyən edilmiş tədbirlərlə olaraq informasiya əldə edilməsi, Rayon İcra Hakimiyyətinin öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumatların verilməsi, o cümlədən məlumatların mütamadi olaraq yenilənmiş əsaslarla İH-nin İnternet saytında yerləşdirilməsi, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi, ictimai nəzarətin gücləndirilməsi, korrupsiyanın qarşısının alınması, müşavirə, yığıncaq və görüşlərdə ictimaiyyətə məlumatların verilməsi həyata keçirilmişdir.
RİH Başçısının hər həftənin ikinci günü RİH inzibati binasında keçirilən qəbullarında, eləcə də əhalini narahat edən problemlərin yerlərdə birbaşa həll edilməsi məqsədilə dörd dəfədən az olmamaqla yerlərdə sakinlərlə keçirilən görüşlərdə, müşavirələrdə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqlarda rayon ərazisində ictimai maraq kəsb edən məsələlər müzakirə olunaraq iştirakçıların rəy və təklifləri öyrənilməklə müvafiq qərarlar verilir. 2021-2022-ci illərdə aşkarlığı və şəffaflığı təmin etmək məqsədilə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək Yardımlı rayonu üzrə görülmüş işlər barədə məlumatların ictimaiyyətə çatdırılması işləri davam etdirilmişdir.
RİH-in təşəbbüsü və təşkilatçılığı ilə Yardımlı rayonunda yaşayan şəhid ailələrinə, I Qarabağ və Vətən Müharibəsi əlillərinə, II Dünya müharibəsi veteranlarına, kimsəsizlərə, tənhalara, yataq xəstələrinə və aztəminatlı ailələrə maddi yardım göstərilmişdir.
Hesabat dövrü ərzində dövlət qulluqçuları və vəzifəli şəxslər tərəfindən etik davranış qaydalarına əməl olunması, onların fəaliyyətində şəffaflığın və səmərəliliyin, dövlət qulluğunun nüfuzunun artırılması əsas götürülmüşdür. Rayon İcra Hakimiyyəti Başçısı Aparatında, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə dövlət qulluqçularının xidməti davranışlarının nəzarət qaydasında qanunla müəyyən olunan etik davranış qaydalarına uyğunluğu təhlil edilərək, dövlət qulluqçularının hüquqa və hamılıqla qəbul edilmiş etik normalara zidd olan hərəkətlərə yol verməmələri, etik davranış qaydalarının pozulmasının qarşısının alınması üzrə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilmişdir.
Vətəndaşlar üçün RİH-in rəsmi internet saytında http://www.yardimli-ih.gov.az/az/qebul.html və Rəqəmsal İcra Hakimiyyəti elektron sistemi vasitəsi ilə https://rih.gov.az/citizen-perception elektron qaydada müraciət etmək və qəbula yazılmaq şəraiti yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 1859 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına və Nazirlər Kabinetinə hesabat təqdim olunmuşdur.