Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Çayüzü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir

29 iyun 2016 | 16:00

     Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov iyun ayının 29-də rayonun Çayüzü  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir.
     Əvvəlcə Çayüzü  kənd icra nümayəndəsi Elvin Cəbiyev   ərazi  barədə qısa məlumat verdi.
     Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Yardımlıda  görülən abadlıq-quruculuq işlərindən, həmçinin Çayüzü  kənd  yolunun yenidən qurulması, kəndlərdə sosial xidmətlərin  inkşaf etməsindən    ölkə başçısı cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıdan bəhs etmişdir .Natiq çıxışında ərazidə yaşayan sakinlərin torpaqlardan səmərəli istifadə etmələri, kənd təsərrüfatı sahələrinin inkşaf  ilə bağlı məsləhət və tövsiyələrini söylədi.
     İcra başçısı sonda Çayüzü kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, bu sahədə nəzərdə tutulan tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı idarə və müəssisələrin rəhbərlərinə tapşırıqlarını verdi.
     Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər