Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” Yardımlı

16 mart 2017 | 16:00

 “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirici tur-aksiyasının Yardımlı rayonundan olan iştirakçıları Quba -Qusar-Xaçmaz marşrutu üzrə  yola düşdülər.
Rayonun rəhbər işçiləri, müəllimlər və valideynlər “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində ölkəmizdə təşkil olunmuş maarifləndirici tur-aksiyanın iştirakçılarına uğurlu yol, xoş istirahət arzuladılar.
Çıxış edənlər dörd gün davam edəcək tur-aksiyanın təşkilindən razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezident möhtərəm cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər