Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti video-konfrans keçirildi.

02 may 2020 | 16:00

02. may 2020-ci il tarixdə Yardımlı rayon İcra Hakimiyyətində koronavirus (COVİD-19) pandemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlı qərargahın növbəti video-konfrans keçirilmişdir.
Konfransda çıxış edən icra hakimiyyətinin başçısı dünyada sürətlə yayılan koronavirus pandemiyasından ölkə əhalisinin qorunması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən təxirəsalınmaz tədbirlərdən danışmışdır.Bildirmişdir ki, aparılan qabaqlayıcı tədbirlər nəticəsində bu gün ölkəmizdə digər dövlətlərlə müqaisədə koronavirusdan ölənlərin saylı ən aşağı səviyədədir.İclasda dünyada sürətlə yayılan koronavirus (COVİD-19) pandemiyasından əhalinin qorunması üçün atılan addımlar müzakirə olunmuş, rayonun yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılmasına  sakinlərin əlcək və maskalardan istifadə etməsinə  dair tələblər diqqətə çatdırılmışdır.
       Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin ərazilərdə əhaliyə çatdırılması istiqamətində lazımi tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, sakinlər arasında fərdi qaydada maarifləndirmə işlərinin aparılması ilə bağlı göstərişlərini verən icra başçısı Ayaz Əsgəov  şəhər və kəndlərdə dezinfeksiya işlərinə nəzarətin gücləndirilməsinin, mobil qrupların köməyi ilə sakinləri maraqlandıran bütün məsələlərə həssaslıqla yanaşılmasının vacibliyini qeyd edib.Operativ qərargah tərəfindən bəzi yumşaltma tədbirlərinin olmasına baxmayaraq, yenə də rayonumuzda toy və yas mərasimlərinin keçirilməməsi barədə əhali arasında daim maarifləndirmə işləri aparılmaqdadır. Rayon sakinlərinin səbəbsiz yerə yaşadığı ərazini tərk etməsi 10 nəfərdən çox insanların bir yerdə toplaşmaması daim diqqət məzkəzində olacaqdır. RİH başçısı  rayonda eləcə də kəndlərdə xüsusi qayğıya ehtiyac olan vətəndaşların qayğı ilə əhatə olunmaları ilə bağlı ciddi göstərişlər vermişdir.
       Konfransda rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən söz açan icra başçısı bildirmişdir ki, Prezident cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması istiqamətində verdiyi tapşırıq və tövsiyələr rayonda da uğurla icra olunur.Qeyd edilmişdir ki, ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Nazirlər Kabinetinin kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinin təşkili ilə bağlı təlimatına əsasən, fermerlərin xüsusi karantin rejimi qaydalarına riayət etməklə təsərrüfat fəaliyyəti ilə məşğul olması sərbəstdir.

Keçidlər