Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda karantin rejimi ilə əlaqədar reydlər mütəmadi olaraq davam etdirilir.

31 oktyabr 2020 | 16:00

Yardımlı rayon İcra Hakimiyyətinin başçısı rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti dəfə reyd keçirmişdir. Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışdır.
     Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunmuşdur.

Keçidlər