Şriftin ölçüsü :

Saytın rəngi :

Mayın 10-da xalqımızın xilaskar oğlu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 98 il ötür.

10 may 2021 | 16:00

 Yardımlıda Müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin  anadan olmasının 98-ci ildönmü qeyd edilib. Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov və hüquq mühafizə orqanlarının rəhbərləri Ulu Öndərin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Ölkədə tədbiq olunan karantin rejimi qaydaları nəzərə alınaraq, Ümumilli Lider Heydər Əliyevin abidəsi rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən gün ərzində ziyarət olunmuşdur. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmü münasibəti ilə Yardımlı rayonunda ağacəkmə aksiyası da keçirilib. Aksiyada Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, hüquq mühafizə orqanlarının, habelə rayonda fəaliyyət göstərən idarə müəssisə və təşkilatların rəhbərləri, eyni zamanda gənclər iştirak etmişdir. Ağacəkmə aksiyasında Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq 1200 ədəd  ağac əkilib. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, yeni əkilən ağacları suvarıb, əvvəllər əkilən tinglərə aqrotexniki qulluq göstəriblər.

Keçidlər