Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəfərli Cəfər Babacəfər oğlunun xatirəsi ehtiramla anıldı.

14 dekabr 2021 | 16:00

       Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarı ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətən Müharibəsində tarix yazan qəhrəman  əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir.
Cəfər Cəfərli 11 dekabr 1999-cu ildə Yardımlı rayonunun Avun kəndində anadan olmuşdur. 2018-ci ildə hərbi xidmətə çağırılmış və xidmətini başa vurduqdan sonra, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən Müharibəsində iştirak etmiş və Xocavənd rayonu ərazisində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən Uğrunda”, “Şuşanın azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə"  və  "Cəsur döyüşçü"  medalları ilə təltif olunmuşdur.

Keçidlər