Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında

1920-ci ildən 1930-cu ilədək Lənkəran qəzasının Vərgədüz dairəsi adlandırılmışdır. 1930-cu ildən rayon statusu alaraq Vərgədüz rayonu adlandırılmışdır. 1938-ci ildən Yardımlı rayonu adlandırılmış və mərkəz Yardımlı olmuşdur.
Yardımlı sözü qədim “Yardəm” şəhərinin adı ilə bağlıdır. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” kitabında verdiyi xəritədə “Yardəm” şəhərini Ərdəbil şəhərindən şimalda-indiki Yardımlı rayon ərazisində göstərmişdir.
Yardımlı rayon İran İslam Respublikası və Azərbaycan Respublikasının Lerik, Masallı və Cəlilabad rayonları ilə həmsərhəddir. Cənubdan Lerik rayonu ilə sərhədinin uzunluğu 40 km, Şərqdən Masallı rayonu ilə 11 km, Şimal-şərqdən Cəlilabad rayonu ilə isə 20 km-dir. Şimal və Qərbdən qonşu İran İslam Respublikası ilə dövlət sərhədinin uzunluğu 96 km-dir.
Rayon 30 inzibati ərazi vahidindən, 30 bələdiyyədən, 88 yaşayış məntəqəsindən, o cümlədən 1 şəhər və 87 kənddən ibarətdir.
Respublikamızın paytaxtı Bakı şəhərindən 304 km aralıda yerləşir. Ərazisi 667 km2-dir. Ərazinin təxminən üçdə biri-20536 hektarı meşəlikdir.39-38 dərəcə şimal en dairəsində, 48-49 dərəcə şərq uzunluq dairəsində yerləşir. Torpaq zonaları dağ-çəmən torpaqlarından, dağ-meşə-qonur torpaqlarından, qəhvəyi-dağ-meşə torpaqlarından ibarətdir. Torpaqların mexaniki tərkibi gillicə, orta gillicə, ağır gillicədir.
Rayonun ən böyük və ən uzun çayı Viləş çayıdır. O, Xəzər dənizinə tökülür. Onun uzunluğu 111 km-dir. Viləş çayının qolları-Allar, Peştəsər, Solqard və Vəlişli çaylarıdır. Rayon ərazisi Talış sıra dağları (Ən hündür zirvə Şahnişinidir.Hündürlüyü 2490 metrdir), Peştəsər sıra dağları (ən hündür zirvə Peştəsər zirvəsindədir 2244 mütrdir), Buravar sıra dağları ilə əhatələnir.
İqlimi və orta illik tempetaturu; İqlim-isti, normal nəmli, yumşaq qış, isti yay. Orta illik temperaturu +11,9 dərəcə C, yağıntının miqdarı – 586 mm, külək qərb-cənub, orta surəti – 1,6 m/san-dir, qrunt sularının dərinliyi – 4,5 metr, seysmik dərəcəsi – 7 baldır.
Yardımlı rayonunun ərazisi 66720 ha torpaq sahəsini əhatə edir.
Meşələrdə qiymətli ağaclar- fısdıq, vələs, palıd, nəhəng ağcaqayın, dəmrağac, kol cinslərindən qaragilə, itburnu, əzgil, quşarmudu və s. ağac növləri vardır. Meşələrdə canavar, donuz, caqqal, tülkü, dələ, porsuq kimi vəhşi heyvanlarla yanaşı çol pişiyi və vaşaqa da rast gəlinir.
Rayonda 80 ümumtəhsil məktəb, o cümlədən 46 tam orta, 18 ümumi orta, 16 ibtidai məktəbləri və 1 texniki peşə məktəbi fəaliyyət göstərir. 
Əalvə olaraq rayonda S.İbişov adına Yardımlı peşə məktəbi fəlaiyyət göstərir. Bu məktəbdə 6 qrupda (Elektrik-qaz qaynaqçısı, geniş profilli traktorist-maşinist, kəndin elektrikləşməsi və rabitə üzrə elektrik mantyoru, avtomobil və kənd təsərrüfatı maşın və avadanlıqların təmiri üzrə çilingər, heyvandarlıq kompleksi üçün ferma operatoru və arıçılıq peşəsi) 160 şagirdin təhsili ilə 16 pedoqoji işçi işləyir.
Yardımlı rayonunda QIZ QALASI, ÇÜZÜNQALA, “MORAN-QALA”, ABİ-DƏRDƏ TÜRBƏSİ, ALAR MAĞARASI tarixi abidələri vardır.
Ərazisi – 667 km2
Əhalisinin sayı – 67 100 nəfər.(01.01.2019)
Yaşayış məntəqələrinin sayı - 1 şəhər və 87 kənd.
Əhali sıxlığı – 100,5 (nəfər/km2).
Iqtisadi rayon – Lənkəran (iqtisadi rayonu).
Nəqliyyat vasitəsinin kodu - 65
Telefon kodu – 025-20
Poçt kodu (Mərkəzi PŞ) - AZ 6500
 

Keçidlər