Şriftin ölçüsü :

Saytın rəngi :

Poçt və Rabitə

Rayon mərkəzi olan Yardımlı şəhərində bir mərkəzi poçt və 23 kənd poçt şöbələri fəaliyyət göstərir. Rayon mərkəzi və kəndlərdə fəaliyyət göstərən ATS-lərin əksəriyyəti elektron tipli ATS-lərdir. Yardımlı rayonunun bütün kəndləri telefonlaşdırılmışdır. Rayonda Baksel və Azərsel xidmətlərindən də istifadə olunur. Mərkəzi poçtda beynəlxalq rabitə xidməti də göstərilir. Əksər dövlətlərə məktublar, pul və baratlar göndərmək və qəbul etmək, telefon əlaqəsi açmaq mümkündür. Rayon mərkəzi poçtunda internet xidməti vardır. Yardımlı şəhəri və onun kəndlərində internet klubları hələlik yoxdur.

Keçidlər