Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzi

    

   Yeni inşa olunmuş və 04 sentyabr 2013-cü ildə  açılışında cənab Prezident İlham Əliyevin də iştirak etdiyi Heydər  Əliyev  Mərkəzində   Ümummilli   Liderin  həyat  və  fəaliyyətini  əks etdirən  çoxlu fotoşəkil,   kitab  və  jurnallar,   video-disklər   toplanmışdır. Mərkəzdə  Heydər Əliyev Muzeyi, intellektual oyun otağları, linqafon kabineti, rəsm,  foto, kompyüter studiyaları,  xalq sənətkarlıq və ədəbiyyat  dərnəkləri,  konfrans zalı , tədris otağı,  Xarici dili kurslarının keçirilməsi üçün otaq ,  "3D kinozalı",   "virtual sinif" fəaliyyət   göstərir. Hazırda Heydər Əliyev Mərkəzində bu avadanlıqlardan istifadə olunması üçün  müasir və savadlı gənclərdən ibarət kollektiv formalaşdırılmışdır. Heydər  Əliyev  mərkəzinə  hər ay   2000 nəfərdən çox insan gəlir. "Heydər  Əliyev   və  Azərbaycan  mədəniyyəti", "Heydər  Əliyev   və  Azərbaycan  dövlətçiliyi"  və  "Gənc  Heydərçilər"   dərnəkləri  fəaliyyət  göstərir.

Keçidlər