Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

                                 Azərbaycan Respublikası Prezidentinin Sərəncamları:

- 07.01.13; 10.09.13 - rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə Prezidentin ehtiyat fondundan RİH-ə ümumilikdə 4,0 milyon manat ayrılmışdır;
- 21.02.13; 15.05.14; 10.02.16 - Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisinə (36 km, əhali 13 min nəfər, 23 məntəqə) Prezidentin ehtiyat fondundan RİH-ə 5,0 mln manat, investisiya xərclərindən RİH-ə 4,3 mln manat, “Azəryolservis” ASC-yə 1,3 mln manat ayrılmışdır;
- 10.09.13; 06.01.16 - Yardımlı-Hamarkənd-Abbasabad avtomobil yolunun tikintisinə (15 km, əhali 10 min nəfər, 12 məntəqə) Prezidentin ehtiyat fondundan RİH-ə ümumilikdə 3,4 mln manat ayrılmışdır;
  - 25.12.14; 15.12.15; 01.07.16; 05.06.17; 12.03.18; 12.02.19 - 41 rayonda 1350, o cümlədən Yardımlı rayonunda 8 artezian quyusunun qazılması üçün Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə Prezidentin ehtiyat fondundan 50,0 mln manat, investisiya xərclərindən 42,0 mln manat ayrılmışdır; Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nə ümumilikdə 92,0 mln manat ayrılmışdır;
- 04.09.17- Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinə (72 km, əhali 60 min nəfər, 59 məntəqə)  Prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə 3,0 mln ayrılmışdır;
- 05.03.18 - 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi, o cümlədən Yardımlı rayonunun Gavran kəndinin qazlaşdırılması məqsədilə investisiya xərclərindən Dövlət Neft Şirkətinə 100,0 mln manat ayrılmışdır;
- 09.04.18 - Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin, o cümlədən Yardımlı rayonunda 3 məktəbin quraşdırılmasına investisiya xərclərindən Təhsil Nazirliyinə 5,177 mln manat ayrılmışdır;
- 28.11.18 -Yardımlı-Bozayran-Bürzünbül-Vərgədüz-Sırıq avtomobil yolunun  tikintisinə (22 km, əhali 20 min nəfər, 15 məntəqə) investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 9,0 mln manat ayrılmışdır;
- 10.06.19 - Respublika ərazisində 50 modul tipli məktəbin, o cümlədən Yardımlı rayonunda 2 məktəbin quraşdırılmasına investisiya xərclərindən Təhsil Nazirliyinə 18,0 mln manat ayrılmışdır;

Keçidlər