Rayon haqqında
İdman
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Yardımlı rayonu üzrə gənclər və idman sektoru tərəfindən bədən tərbiyəsi və idman sahəsi üzrə 2025-ci il ərzində rayonda idmanın kütləviliyinin artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkili istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
2025-ci il ərzində “İdman hamı üçün” layihəsi çərçivəsində, taekvondo, kontakt-karate, kosiko-karate, futbol, voleybol, şahmat, futzal, həndbol, dama, cüdo, yüngül atletika idman növləri və əyləncəli idman oyunları üzrə açıq hava və zal şəraitində nümunəvi idman çıxışları və ustad dərsləri təşkil edilmişdir.
Yardımlı rayonunda ümumilikdə 14 idman növü üzrə 2166 nəfər yeniyetmə və gənc idmanla məşğul olur.
Konstitusiya və Suverenlik İli, 27 sentyabr Anım Günü və 8 Noyabr-Zəfər Günü ilə əlaqədar voleybol, minifutbol, həndbol, güllə atcılığı, atletika, stolüstü tennis idman növləri üzrə rayon turniri, Yardımlı rayon üzrə Təhsil Sektoru və digər idman dərnəkləri ilə birlikdə məktəblilər arasında mini futbol, voleybol, həndbol, güllə atcılığı, atletika, stolüstü tennis idman növləri üzrə rayon turnirləri təşkil edilmişdir. Qalib gəlmiş idmançılar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom, medal və kubokla mükafatlandırılmışdır.
2025-ci il ərzində rayonda 51 idman tədbiri keçirilmiş, tədbirlərdə 3669 nəfərdən çox idmançı və şəhər sakini iştrak etmişdir.








