Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı

Orxan Fərmayıl oğlu Məmmədov 1989-cu il oktyabrın 2-də Cəbrayıl rayonunda anadan olub.

1995–2006-cı illərdə Nəsimi rayonu 42 saylı tam orta məktəbində təhsil alıb.

2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bitirib.

2010–2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub.

2011–2015-ci illərdə Bakı Dövlət Universitetini "Hüquqşünaslıq" ixtisası üzrə bitirib.

2017–2019-cu illərdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində məsləhətçi vəzifəsində işləyib.

2019–2023-cü illərdə Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

2022–2024-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasının "Dövlət qulluğunun təşkili və idarə edilməsi" ixtisaslaşması üzrə magistr dərəcəsi alıb.

2023–2025-ci illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri vəzifəsində işləyib.

2025–2026-cı illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 22 oktyabr tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Keçidlər